Nəsimidə avtomobil 34 yaşlı piyadanı vurdu

 10:19 21.01.2024     283

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, Bakıxanov prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abbasov Əli Rəşid oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.