Lənkəranda ikimərtəbəli ev yandı

 23:40 21.01.2024     306

Lənkəranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Lənkəran şəhərində ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və dam örtüyü 10 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.