Piyadanı vuran sürücü hadisə yerindən yayındı

 22:25 22.01.2024     321

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Səxavət Yafət oğlunu avtomobil vurub.

Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır. (APA)