Hacıqabulda yük maşınları toqquşdu, ölən var

 23:48 22.01.2024     340

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

Redaktor.az xəəbr verir ki, hadisə Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

"Ateko" markalı yük avtomobili "KamAZ" markalı maşına çırpılıb.

Nəticədə "Ateko"nun sürücüsü hadisə yerində ölüb. Qəza zamanı yoldan çıxaraq aşan "KamAZ"ın sürücsü yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. (APA)