“Nikosayağı” qəzadan sonra ilk dəfə görüntüləndi - VİDEO
Bu gün “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“Nikosayağı” prosesdən sonra “Range Rover” markalı avtomobilinə əyləşərək məhkəmə binasının qarşısından uzaqlaşıb.
Redaktor.az unikal-a istinadən Nicat Şakirlinin məhkəmədən çıxdığı anı əks etdirən görüntüləri təqdim edir:
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.