Gəncədə 62 yaşlı qadını maşın vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Aybəniz Rəhimovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)