Göygöldə 2 qadın dəm qazından boğularaq öldü

 22:21 23.01.2024     200

Göygöldə iki nəfər dəm qazından boğulub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərin Rövşən Nəsibov küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan 90 yaşlı Minayə Məmmədovanın və onun qızı 57 yaşlı Aygün Məmnədovanın meyitləri aşkarlanıb. İlkin məlumata görə ana və qızı dən qazından zəhərlənərək ölüblər. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.