Şirvanda avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirdi

 21:47 24.01.2024     280

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, Şirvan sakini, 1980-ci il təvəllüdlü Babayev Fuad Babaxan oğlunu minik maşını vuraraq ağır yaralayıb.

Piyada çoxsaylı sınıq xəsarətləri ilə (politravmalarla) Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Onun ixtisaslı müalicə alması üçün paytaxta - Travmatalogiya Mərkəzinə göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.