Abşeronda taxta tikilidə yanğın oldu

 23:58 24.01.2024     288

Abşeron rayonunda taxta tikilidə yanğın olub.

Redaktor.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Əraziyə FHN-in canlı qüvvəsi və yanğınsöndürmə texnikası cəlb edilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (APA)