İsmayıllıda yol qəzası oldu, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. "Mercedes" və "İsuzu" markalı avtomobillərin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Abbasov İslam Əmirşah oğlu və 1992-ci il təvəllüdlü Ələsgərli Elşen Söhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)