Bakıda şagirdlər arasında kütləvi dava - DİN hərəkətə keçdi
Bakının Pirşağı qəsəbəsində bir qrup məktəbli arasında kütləvi dava olub.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, insident 188 saylı tam orta məktəbin şagirdləri arasında qeydə alınıb.
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.