Sumqayıtda evdən 61 yaşlı kişinin meyiti tapıldı

 21:52 26.01.2024     372

Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (report)