Xəzərdə zəlzələ oldu

 00:42 27.01.2024     343

Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Redaktor.az-a bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.