Polis avtomat və tüfənglər aşkarladı

 10:28 27.01.2024     317

Yanvarın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 9 müxtəlif markalı tüfəng, 2 patron darağı və 399 müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 4 müxtəlif markalı tüfəng, 3 patron darağı və 53 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Vumart və Güvən reklamı Vumart Güvən