Şəmkirdə bazarda yanğın olub

Şəmkirdə yanğın hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində yerləşən bazar ərazisində qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.