Daha iki nəfər dəm qazından zəhərləndi

Ağsuda iki nəfər dəm qazından zəhərlənib.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.ğ
Kənd sakinləri 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı təvəllüdlü İbrahimov Alim Məmməd oğlu hamam otağında dəm qazından zəhərləniblər. Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.