Füzilidə 3 otaqlı ev yandı

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.