Ağdaşda avtomobil qəzası baş verdi, ölən var

Ağdaşda avtomobil qəzası baş verib.
Redaktor.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 28-i saat 06 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.
Araşdırma aparılır. (APA)