4 ay komada qalan hərbiçimiz ŞƏHİD OLDU

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.
Redaktor.az xəbər verir ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.
Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.
Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.