Mingəçevirdə maşın körpüdən aşdı

 14:52 28.01.2024     406

Mingəçevirdə idarəermədən çıxan avtomobil aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Naxçıvan küçəsi üzərində yerləşən nəqliyyat körpüsü üzərində baş verib.

Yoldakı sürüşkənlik səbəbindən idarəetmədən çıxan minik avtomobil körpü üzərindən aşaraq yol kənarına düşüb.

Yaralı sürücü - 1995-ci il təvəllüdlü Hüseynov Hüseyn Ələsgər oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb. (qafqazinfo)