Cəlilabadda 4 aylıq körpə qızılcadan vəfat etdi

 22:05 28.01.2024     329

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

Redaktor.az xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (report)