Dörd aylıq körpənin ölüm səbəbi AÇIQLANDI
TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.
Redaktor.az "report"a istinadən xəbər verir ki, 27 yanvar 2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, 28 yanvar 2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.