Zabratda VIII sinif şagirdinin döyülməsi ilə bağlı məsələ araşdırılır - DİN
Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.
"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.