Şadlıq sarayında təmir işləri aparan usta yıxılaraq öldü

Nərimanov rayonunda yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 36 yaşlı kişi yıxılaraq ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, hadisə yanvarın 29-da qeydə alınıb. 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.