Evin hamamında qızdırıcı partladı - xəsarət alan var

Tovuzda evin hamamında qızdırıcı partlayıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (apa).