Qəbələdə qanunsuz ov edən şəxs saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.
Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.