Şəmkir sakini faciəvi şəkildə öldü

 21:05 30.01.2024     323

Şəmkirdə 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndinin sakini Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.