Bakı-Quba yolunda yük avtomobili piyadanı vuraraq öldürdü

Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə yolun 60-cı km-də, Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Belə ki, yük avtomobili yolu keçmək istəyən 1943-cü il təvəllüdlü Eldar Alı oğlu Pirəliyevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır. (report)