Xaçmaz sakinini cərəyan vuraraq öldürdü
Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.
Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Arif Səlimov küçəsində qeydə alınıb.
Belə ki, 1954-cu il təvəllüdlü Elarov Valeri Babaəli oğlunu həmin ərazidə elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.