Jurnalistlərin binasının qarşısında maşın qadını vurdu - YENİLƏNİB

 15:15 01.02.2024     861

Jurnalistlər binasının qarşısında yol qəzasında xəsarət alan qadının vəziyyəti açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, fevralın 1-də saat 06:26 radələrində Bibiheybət ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub. Məlumata görə, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda Təcili yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.

***

10.09

Fevralın 1-də saat 06:26 radələrində Bibiheybət yolu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

08:58

Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlərin binası"nın qarşısından keçən yolda qeydə alınıb.

Yük maşını yolu keçən piyadanı vurub.

Əraziyə polis əməkdaşları cəlb olunub. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən