Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb - DSX

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” tapançası, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilir.
Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 kiloqram 343 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 135 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.