Sumqayıtda bazarda yanğın - FOTO - Yenilənib
Sumqayıtda yanğın baş verib.
Redaktor.az xəbər verir ki, hadisə "əşya bazarı" adlanan ərazidə qeydə alınıb.
Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Hacıyev mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kv.metr olan meyvə-tərəvəz mağazasının 250 kv.metr hissəsi yanıb. Daha sonra yanğın mağazanın yanında dayanmış vəziyyətdə olan 1978-ci il təvəllüdlü Hüseynov Elşən Şamil oğluna məxsus "Mercedes" markalı yük avtomobilinə keçib.
Əraziyə dərhal FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.(APA)
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib.
Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.