Ata qəza törətdi, 5 yaşlı oğlu öldü

 09:43 02.02.2024     141

Yevlax rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, dünən saat 17 radələrində rayon sakini Yavər Həsənovun sürdüyü avtomobil Bakı-Qazax magistralında hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq səkiyə və oradakı ağaca çırpılıb.

Qəza zamanı sürücünün 5 yaşlı oğlu Məna Həsənov ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.