Maşın avtobusa çırpıldı - Xəsarət alanlar var

Mingəçevirdə minik maşını sərnişin avtobusuna çırpılıb.
Redaktor.az xəbər verir ki, hadisə az öncə Energetiklər yaşayış massivi ərazisində, Naxçıvan küçəsində baş verib. "Vaz 2107" markalı avtomobil hərəkətdə olan 8 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində minik maşınındakılar yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanıb.