Evlənmək üçün pul tapa bilməyən cütlük zərgəri SOYDU
İstanbulda evlənməyə hazırlaşan cütlük zərgərlik mağazasına basqın edib.
Redaktor.az xəbər verir ki, hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.
Ailə qurmaq üçün pul tapa bilmədiklərini bəhanə edən cütlük Sultanqazidə silahla zərgəri soymağa cəhd edib. Şübhəlilər mağaza sahibi tərəfindən zərərsizləşdirilərək polisə təhvil verilib.