Həmid Herisçi xəstəxanadan evə buraxıldı

 21:17 02.02.2024     227

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə qızılcaya yoluxduğu üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir.

Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, tanınmış jurnalist, yazıçı bu gün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi bir neçə gün əvvəl təcili tibbi yardım avtomobili ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilmişdi.