Dəm qazı yenə can aldı

Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış masdivində yerləşən fərdi evlərdən birində qeydə alınıb
1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazlndan boğularaq ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (report)