İtkin düşən qadının yeri BİLİNDİ

 13:22 03.02.2024     981

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.

Redaktor.az xəbər verir ki, ailəsi tərəfindən yanvarı 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib.

Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Bu barədə onun həyat yoldaşı bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb. (apa)