Bu rayonda ağır qəza - Yaralılar var

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə Qazax şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ" markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 1997-ci il təvəllüdlü S.Qocayev, 1994-cü il təvəllüdlü G.Orucov, 2001-ci il təvəllüdlü H.Əliyev və 2000-ci il E.Kərimov xəsarət alıblar.
Zərərçəkənlər Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.