Ağdaş sakini odlu silahı polisə könüllü təhvil verdi

 19:00 03.02.2024     747

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakini vəfat edən babasından qalan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.