Qobustanda ana və övladı dəm qazından boğulub öldülər

 21:42 03.02.2024     676

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.

Redaktor.az xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər. (qafqazinfo)