Türkiyədə İŞİD-in 34 üzvü saxlanıldı

 22:12 03.02.2024     689

Türkiyə hakimiyyəti silahlı qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat zamanı İŞİD ilə əlaqədə şübhəli bilinən 34 nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb. 

Bildirib ki, “Kafes 35” əməliyyatı zamanı saxlanılan şübhəlilərin hamısı axtarışda olan xarici ölkə vətəndaşlarıdır.

O, əlavə edib ki, polis bir neçə sənədsiz tapança da götürüb.