Balakəndə dördotaqlı ev yandı

 15:28 04.02.2024     234

Balakəndə yaşayış evi yanıb.

Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Yüzbaşiyeva Səlihət İbey qızına məxsus evdə baş verib.

Hadisə yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 4 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.