Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub - ANAMA

 20:27 04.02.2024     235

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub.

ANAMA-nın Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayonunun Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərər çəkib.

Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, - Agentliyin vətəndaşlara müraciətində deyilir.