Hacıqabulda avtomobil aşdı, bacı-qardaş xəsarət aldı
Hacıqabulda baş verən yol qəzasında bacı-qardaş xəsarət alıb.
Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Əzizli Ayxan Eldəniz oğlu və bacısı, 2008-ci il təvəllüdlü Əzizli Aydan Eldəniz qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.