Örüşdə maşınla qadını vurub öldürdü

 09:38 05.02.2024     206

Quba rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Xarovşa kənd sakini, 1956-cı il təvəllüdlü Ağarza Məmmədov yol infrastrukturuna aid olmayan ərazidə - örüş sahəsində idarə etdiyi avtomobillə qadını vurub. Nəticədə piyada, Həsənova Zahidə Hacı qızı ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.

Bildirilir ki, A.Məmmədovun sürücülük hüququ olmayıb.

Onun barəsində Quba RPŞ-də cinayət işi başlanılıb.