DTX sərhədi keçmək istəyən Çex vətəndaşı ilə bağlı istintaq aparır

 13:29 05.02.2024     241

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb.

Redaktor.az “report”a istinadən xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiyanın Azərbaycandakı Səfirliyinə məlumat verilib.