BDU-nu qırmızı diplomla bitirən Həsənəli heyvan otararkən minaya düşdü

 09:54 06.02.2024     482

Ötən gün Tərtər rayonunda Bakı Dövlət Universitetinin (BDU) 2022-ci il Politologiya ixtisasının məzunu Həsənəli Əlizadə minaya düşüb.

Redaktor.az "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir ki, hadisə o, heyvan otararkən baş verib.

Həsənəli BDU-nu ortalama 90+ balla fərqlənmə diplomu ilə bitirib. O, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.

Həsənəlinin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

Allahdan şəfalar diləyirik!

NƏRGİZ