Elşən Xəzərin dayısı oğlu hamamda boğuldu

 14:07 06.02.2024     463

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənib. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən