"Exit-poll"un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başladı

 20:11 07.02.2024     304

"Exit-poll"un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başlayıb.

Redaktor.az verir ki, sürücülər dövlət bayraqları ilə şəhərdə dövrə vururlar.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb. (report)